Modern.az

ÜST üçüncü cinsi tanıdı

ÜST üçüncü cinsi tanıdı

Aktual

13 İyul 2022, 14:28

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gender əsaslandırması üzrə təlimatı yeniləməyi qərara alıb və yeni nəşrdə mahiyyətcə üçüncü cinsi tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytdakı rəsmi məlumatda deyilir.

 

“ÜST təlimatı yeni elmi sübutlar, gender, sağlamlıq və inkişaf sahəsində konseptual nailiyyətlər əsasında yeniləyir”, - sənəddə deyilir.

 

Təlimat genderin kişi və ya qadınla məhdudlaşmadığı konsepsiyasına əsaslanacaq və gender müxtəlifliyini tanımaq üçün gender və sağlamlıq məsələlərinə ikili yanaşmalardan kənara çıxmağa yönələcək.

Təşkilat xatırladır ki, bələdçinin ilk nəşri 2011-ci ildə çıxıb və səhiyyə sistemində ayrı-seçkiliyin istənilən formasının aradan qaldırılması üçün çərçivə təqdim edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı