Modern.az

Xaçmaz meşəsindəki yanğın söndürüldü 

Xaçmaz meşəsindəki yanğın söndürüldü 

Aktual

13 İyul 2022, 20:47

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

 

İlkin hesablamalara əsasən, yanğın nəticəsində təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!