Modern.az

İskonun yeni komandası bəlli oldu

İskonun yeni komandası bəlli oldu

Aktual

7 Avqust 2022, 16:35

“Sevilya” klubu Madrid “Real”ının sabiq yarımmüdafiəçisi İsko ilə müqavilə imzalamaq üçün prinsipial razılığa gəldiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, 30 yaşlı ispaniyalı futbolçu tibbi müayinədən uğurla keçəcəyi təqdirdə 2024-cü ilin yayına qədər onunla müqavilə imzalanacaq.

 

Yarımmüdafiəçi artıq Sevilyaya gəlib və avqustun 8-i, bazar ertəsi tibbi müayinədən keçəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!