Modern.az

Casusluq edən ermənipərəst jurnalist Kosovodan QOVULDU

Casusluq edən ermənipərəst jurnalist Kosovodan QOVULDU

Aktual

8 Avqust 2022, 08:42

Kosovoda casusluq ittihamı ilə saxlanılan rusiyalı jurnalist Daria Aslamova ölkədən deportasiya edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Kosovo daxili işlər naziri Celal Şveçliya bildirib.

 

"Daxili işlər naziri kimi qanuni səlahiyyətlərim çərçivəsində Darya Aslamovanı Kosova Respublikasında arzuolunmaz şəxs elan etmişəm. Onun Kosova ərazisinə girişi 5 il müddətinə qadağandır.

 

Müəyyən məqsədlər və ya direktivlər üçün ölkəmizdə pozuculuğa çalışan, sabitliyi pozmağa cəhd edən hər kəs Kosovo Respublikasının qanunlarının qüvvəsi ilə üzləşəcək”, - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, D.Aslamova iki gün əvvəl casusluq ittihamı əsasında saxlanılmışdı. Ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist “Komsomolskaya Pravda” media qrupunda çalışır.

Sizə yeni x var
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...