Bakı şəhəri Nərimanov rayonu, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi yol qəzasında həlak olub.
Modern.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, məktəbin 3c sinif şagirdi Məcidli Səlim paytaxtda baş vermiş yol qəzasında həyatını itirib.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
