Modern.az

Polis rəisi ağır qəza törətdi - Ölən var

Polis rəisi ağır qəza törətdi - Ölən var

Aktual

8 Avqust 2022, 09:50

Şəmkir rayonunun Kür qəsəbəsinin bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

 

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

 

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...