Modern.az

“Qarabağ” “Frayburq”a məğlub oldu - YENİLƏNİB

“Qarabağ” “Frayburq”a məğlub oldu - YENİLƏNİB

Aktual

9 Sentyabr 2022, 00:57

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniyanın “Frayburq” komandasının qonağı olub.

 

“Europa-Park” stadionunda oynanılan qarşılaşmanı belçikalı baş hakim Erik Lambrexts idarə edib.

 

***

 

Matçın 7-ci dəqiqəsində meydan sahibləri penaltidən hesabı açıb. “Frayburq”un heyətində Qrifo fərqlənib.

 

Bu qoldan cəmi 8 dəqiqə sonra Almaniya komandası ikinci dəfə sevinib. Rəqibin legioneri Doan adını qol siyahısına yazdırıb.

 

“Qarabağ” matçın 40-cı dəqiqəsində hesab arasında fərqi azaldıb. Veşoviç dəqiq zərbə ilə komandasının ilk qolunu vurub.

 

***

Görüşün ikinci hissəsi gərgin mübarizə şəraitində keçsə də, hesab dəyişməyib. Beləliklə, Ağdam komandası Avroliqanın ilk matçında “Frayburq”a 2:1 hesabı ilə məğlub olub.

 

***

Almaniyada UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda üz-üzə gələcək "Frayburq" və "Qarabağ" klublarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

 

"Frayburq": 26. Mark Flekken, 3. Filip Linhardt 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen 25. Kiliann Sildillia, 27. Nikolas Höfler 28. Mattias Ginter 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.

 

Qeyd edək ki, bu gün "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi