Modern.az

Sinqapur təyyarəsi Bakıda təcili eniş etdi

Sinqapur təyyarəsi Bakıda təcili eniş etdi

Aktual

9 Sentyabr 2022, 08:10

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

 

Modern.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, "Singapore Airlines" aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

"Boeing B777" təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib. Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi