Modern.az

Erməni hərbçilərin azad edilməsi humanitar jestdir – Aİ rəsmisi

Erməni hərbçilərin azad edilməsi humanitar jestdir – Aİ rəsmisi

Aktual

9 Sentyabr 2022, 08:38

Avropa İttifaqı (Aİ) Azərbaycanın 5 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" hesabında yazıb. 

 

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”,- deyə Klaar vurğulayıb.

 

Qeyd edək ki, ötən gün Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi