Modern.az

Türkiyədə eyni anda 23 maşın toqquşdu - Xeyli yaralı var

Türkiyədə eyni anda 23 maşın toqquşdu - Xeyli yaralı var

Aktual

9 Sentyabr 2022, 09:00

Türkiyənin Samsun vilayətində 21 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, qəza Canik rayonunda qeydə alınıb.

 

İlkin məlumata əsasən, 23 avtomobil zəncirvari qəza törədib, nəticədə 21 nəfər yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib.

 

Hadisə yerinə xilasedicilər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV