Modern.az

18 yaşlı sürücü avtomobillə piyadanı vurub öldürdü

18 yaşlı sürücü avtomobillə piyadanı vurub öldürdü

Aktual

9 Sentyabr 2022, 09:25

Sentyabrın 8-də Bakıda poiyada ölümü qeydə alınıb.

 

Modern.az xəbər verir ki, avtomobil yolu keçmək istəyən 20 yaşlı gənci vuraraq öldürüb.

 

Belə ki, 2004-cü il təvəllüdlü Zamanov Anar Vüqar oğlu etibarnamə əsasında idarə etdiyi "Honda CIVIC" minik markalı avtomobil ilə Babək prospektindən üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu əks istiqamətdə keçmək istəyən 2002-ci il təvəllüdlü Əlibəyov Elmar Səfərbəy oğlunu ehtiyatsızlıqdan vurub, nəticədə sonuncu ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsində 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi