Modern.az

Ordumuzun mövqeləri atəşə TUTULDU

Ordumuzun mövqeləri atəşə TUTULDU

Aktual

9 Sentyabr 2022, 10:05

Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.


Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV