Modern.az

Kraliçanın ölümünə görə 10 saatlıq iclas keçiriləcək

Kraliçanın ölümünə görə 10 saatlıq iclas keçiriləcək

Aktual

9 Sentyabr 2022, 12:35

Böyük Britaniya parlamentinin hər iki palatasının üzvlərinin və lordların kraliça II Elizabetin vəfatı ilə bağlı xüsusi iclasları keçiriləcək. İclaslar təxminən 10 saat davam edəcək.

 

Modern.az xəbər verir ki, iclaslar 650 deputatı olan İcmalar palatasında və 800 üzvü olan Lordlar Palatasında təşkil olunacaq. 

 

Tədbirdə Nazirlər Kabinetinin digər üzvləri kimi İcmalar Palatasının üzvü olan Böyük Britaniyanın Baş naziri Elizabet Trass da iştirak edəcək. Eyni zamanda, həmin gün vacib hadisə baş verməsə, parlamentdə başqa məsələlər müzakirə olunmayacaq.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi