Modern.az

“Açıq mikrofon” İmişlidə - FOTO

“Açıq mikrofon” İmişlidə - FOTO

Aktual

12 Sentyabr 2022, 17:34

İmişli rayonunda “Açıq mikrofon” aksiyası baş tutub.

 

Modern.az xəbər verir ki, ənənəvi hala çevrilən və abonentlər tərəfindən müsbət qarşılanan “Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə İmişli sakinlərinin ixtiyarına verilib.

 

“Səyyar qəbul otağı"na ümumilikdə 10 müraciət daxil olub. Bunlardan 4-ü Yalavac kəndinin bəzi küçələrinə yeni qaz xətlərinin çəkilməsi ilə bağlı olub.

 

Aksiyaya qatılan Şahin Süleymanovla Süleyman Əliyev fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini istəyiblər.

 

“Açıq mikrofon”da səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq aidiyyəti üzrə tapşırıqlar verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı