Modern.az

Qafqazlıların uzunömürlülüyünün SİRRİ: heç eşitmədiyiniz səbəb var

Qafqazlıların uzunömürlülüyünün SİRRİ: heç eşitmədiyiniz səbəb var

Dünya

Bu gün, 16:00

Dietoloq Andrey Bobrovski bildirib ki, Qafqazda uzunömürlülüyün sirlərindən biri cavan qoyun ətinin yeyilməsidir.

Modern.az xəbər verir ki, onun sözlərinə görə, alimlər Qafqazda yeyilən cavan qoyun ətinin yağ tərkibi ilə Yakutiyada uzunömürlülərin qidalanmasında mühüm yer tutan balığın yağ tərkibi arasında oxşarlıq aşkar ediblər.

Mütəxəssis qeyd edib ki, dağ otlaqlarında bəslənən qoyunların ətində taxılla yemlənən heyvanlarla müqayisədə daha çox Omeqa-3 yağ turşuları var.

Qoyun əti həmçinin zülal, dəmir, sink, selen və B qrupu vitaminləri ilə zəngindir.

Dietoloq qırmızı ətin həftəlik qəbulunu 100–300 qramla məhdudlaşdırmağı tövsiyə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV