Modern.az

Ermənilər TƏŞVİŞDƏ: İrəvanda izdiham yaşanır - VİDEO

Ermənilər TƏŞVİŞDƏ: İrəvanda izdiham yaşanır - VİDEO

Aktual

13 Sentyabr 2022, 03:32

Ermənistanın paytaxtı İrəvanda hərbi hospitalın qarşısında izdiham yaşanır.

 

Modern.az xəbər verir ki, paytaxt sakinləri gecə saatlarında hospital ərazisinə toplaşıblar. 

 

Bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb. Kadrlardan ermənilərin təşviş içində olduğu görünür.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan tərəfi itkilər verib.

 

Bir qədər əvvəl Ermənistanın Müdafiə Nazirliyi sərhəddə baş vermiş silahlı qarşıdurma nəticəsində erməni hərbçilər arasında ölən və yaralıların olduğunu açıqlayıb. İtki sayının dəqiqləşdirildiyi bildirilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı