Modern.az

Su anbarlarına balıq körpələri buraxıldı

Su anbarlarına balıq körpələri buraxıldı

Aktual

7 Oktyabr 2022, 11:30

Su hövzələrində balıq populyasiyasının artırılmasına, ekosistemin qorunmasına və su bioresurslarının bərpasına töhfə vermək məqsədilə bu gün Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb.

 

Modern.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) rəsmilərinin, yerli icra hakimiyyəti əməkdaşlarının və məktəblilərin iştirakı ilə balıqartırma zavodlarında yetişdirilən 200 min çəkikimi balıq körpəsi su anbarlarına buraxılıb.

 

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı oktyabrın sonunadək davam edəcək.

 

Xidmət rəsmisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı