Modern.az

AŞPA “Ermənistan-Azərbaycan hərbi əməliyyatları”nı müzakirə edəcək

AŞPA “Ermənistan-Azərbaycan hərbi əməliyyatları”nı müzakirə edəcək

Aktual

10 Oktyabr 2022, 13:58

Oktyabrın 10-14-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız plenar iclası keçiriləcək. Avropa Şurası Parlament Assambleyası (AŞPA) digər məsələlərlə yanaşı, "Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar"ı da müzakirə edəcək.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.
 

Parlamentarilər Ukraynadakı vəziyyət və ərzaq böhranı ilə bağlı problemlərə baxacaqlar.
 

Bundan əlavə, Qərbi Balkanlar üçün Avropa perspektivi, islamofobiyaya qarşı mübarizə, Brexit-in İrlandiyada insan haqlarına təsiri ilə bağlı müzakirələr aparılacaq. Assambleya Türkiyə, Macarıstan və Rumıniyanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini də müzakirə etməlidir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı