Modern.az

Mirzoyan Fransa rəsmiləri ilə sülh müqaviləsini müzakirə etdi

Mirzoyan Fransa rəsmiləri ilə sülh müqaviləsini müzakirə etdi

Aktual

10 Oktyabr 2022, 19:58

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Fransa Prezident Aparatının müşaviri İzabel Dümon və Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokfey ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı regional və beynəlxalq məsələlər, Ermənistan-Azərbaycan sülh müqaviləsi müzakirə olunub.

 

Tərəflər oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşlə bağlı fikir mübadiləsi aparıblar.

 

Avropa İttifaqının mülki missiyası ilə bağlı əldə olunan razılaşma və missiyanın işinə dair məsələlər müzakirə edilib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı