Modern.az

Liderlərin təhlükəsizliyi üçün şəhərə zirehli texnikalar yeridildi - FOTO

Liderlərin təhlükəsizliyi üçün şəhərə zirehli texnikalar yeridildi - FOTO

Aktual

12 Oktyabr 2022, 12:58

Astana hava limanından şəhər mərkəzinə gedən magistral yol gücləndirilmiş polis bölmələri tərəfindən patrul edilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yollarda pulemyotlarla təchiz edilmiş zirehli texnikalar da görünüb.

 

"Zirehli texnikası olan bir hərbi post Qazaxıstan paytaxtının hava limanının yaxınlığında yerləşir. Bundan başqa, hava limanını şəhərlə birləşdirən magistral yolda da oxşar zirehli maşınlar görünüb. Polis zabitləri və Milli Qvardiyanın əsgərləri hava limanından yol kənarlarında növbətçilik edirlər", - məlumatda deyilir. 

Qeyd edək ki, Qazaxıstanın paytaxtı bu gündən etibarən 3 gün müddətində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. 

 

Liderlərin təhlükəsizliyi üçün şəhərə zirehli texnikalar yeridildi - FOTOLiderlərin təhlükəsizliyi üçün şəhərə zirehli texnikalar yeridildi - FOTOLiderlərin təhlükəsizliyi üçün şəhərə zirehli texnikalar yeridildi - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı