Modern.az

Avtobus qəzasında yaralananların SON DURUMU

Avtobus qəzasında yaralananların SON DURUMU

Aktual

12 Oktyabr 2022, 17:32

Xətai rayonu, metropolitenin "Əhmədli" stansiyasının yaxınlığında baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 2 nəfər tibb müəssisəsinə yerləşdirilib.

 

Bu barədə Modern.az-a TƏBİB-dən bildirilib.

 

Məlumata görə, yaralılardan 1-nə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb: "Digər bir nəfərə də ilkin tibbi yardım göstərilib, hazırda müayinə və müalicəsinə davam edilir".

 

Qeyd edək ki, bu gün paytaxtda 57 saylı xətt avtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!