Modern.az

ABŞ yenidən tank istehsalına BAŞLAYIR

ABŞ yenidən tank istehsalına BAŞLAYIR

Aktual

12 Oktyabr 2022, 18:04

Amerikanın General Dynamics Land System (GDLS) şirkəti noyabr ayında ABŞ ordusu üçün yüngül tankların ilk partiyasının istehsalına başlayacaq.

 

Modern.az xəbər verir ki, Mobile Protected Firepower (MPF) proqramı çərçivəsində həyata keçiriləcək layihə perspektivli yüngül tank piyada briqadalarının döyüş qruplarını birbaşa dəstəkləmək üçün nəzərdə tutulub.

 

General Dynamics Land System 1,14 milyard dollarlıq müqavilə çərçivəsində 96-ya qədər tank istehsal edəcək. İlkin mərhələdə istehsalçı 26 texnika tədarük edəcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!