Modern.az

Daha iki klub Çempionlar Liqasının pley-offunda

Daha iki klub Çempionlar Liqasının pley-offunda

Aktual

12 Oktyabr 2022, 22:56

UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində A qrupunda mübarizə aparan "Napoli" İtaliyada Niderlandın "Ayaks" klubunu qəbul edib.

 

Modern.az xəbər verir ki, rəqibini 4:2 hesabı ilə məğlub edən meydan sahibləri sona iki tur qalmış pley-offa vəsiqə qazanıb.

 

B qrupunda isə "Atletiko Madrid" İspaniyada Belçika "Brügge"si ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra qonaqlar vaxtından əvvəl 1/8 finala yüksəliblər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı