Modern.az

Koronavirusa yoluxma 10 faiz azalıb - ÜST

Koronavirusa yoluxma 10 faiz azalıb - ÜST

Aktual

13 Oktyabr 2022, 08:04

Son bir həftə ərzində dünyada 2,8 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 mindən artıq insan isə dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində qeyd olunub.

 

Məlumata əsasən, bundan öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 10 faiz, ölüm hallarının sayı isə 1 faiz azalıb.

 

Qeyd edək ki, oktyabrın 12-si üçün koronavirusa yoluxanların sayı 619 770 633, ölənlərin sayı isə 6 539 058 nəfərə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı