Modern.az

Aşıq Namiq qəzaya DÜŞDÜ

Aşıq Namiq qəzaya DÜŞDÜ

Aktual

13 Oktyabr 2022, 08:10

Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb.

 

Modern.az xəbər verir ki, hadisə Bakının Nizami rayonu ərazisində baş verib.

 

Məlumata görə, Namiq Hüseynov idarə etdiyi 99-NF-002 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobili ilə işıqforun qırmızı işığında dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən “Azsamand” markalı avtomobil qarşıda dayanan “Renault”a çırpılıb. “Renault” isə Namiq Hüseynovun maşınına dəyib.

 

Hadisə zamanı xəsarət alanların olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı