Modern.az

Putin səfərbərliyin başa çatacağı vaxtı açıqladı

Putin səfərbərliyin başa çatacağı vaxtı açıqladı

Aktual

14 Oktyabr 2022, 18:11

Rusiya prezidenti Vladimir Putin deyib ki, Müdafiə Nazirliyinin qismən səfərbərliyin başlanğıcında elan etdiyi 300 min adamdan bir qədər az çağırış baş tutub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin indiyə kimi 222 min nəfərin səfərbər olunduğunu bildirib.

Prezident səfərbərliklə bağlı Müdafiə Nazirliyindən yeni təkliflərin daxil olmadığını və nəzərdə tutulmadığını vurğulayıb.

Putinin sözlərinə görə, səfərbərlik işləri iki həftə ərzində tamamlanacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı