Modern.az

Ceyhun Bayramovdan Türkiyəyə başsağlığı

Ceyhun Bayramovdan Türkiyəyə başsağlığı

Aktual

15 Oktyabr 2022, 09:36

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə "Twitter"də yazıb.

 

“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun, Türkiyə”, - paylaşımda bildirilib.

 

Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənində bu gecə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı