Modern.az

Bakı-Qazax yolunda AĞIR QƏZA

Bakı-Qazax yolunda AĞIR QƏZA

Aktual

15 Oktyabr 2022, 09:56

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistal yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “KamaZ” markalı yük maşını toqquşub. 

 

Qəza zamanı mikroavtobusda olan Nuray Namazova (2005), Laçın  Şəmilova (1986), Rasim Namazov (1977), Leyla Namazova (1985), Nurgün Namazova  (2002) və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

 

Qeyd edək ki “Mercedes Vito” Bakıdan Qazax gedirmiş. Faktla bağlı araşdırma aparılır.

 

Məlumat üçün bildirək ki, bu gecə Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində qəza olub, nəticədə ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb. Qəzanın bu səbəbdən baş verməsi istisna deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı