Modern.az

Yolu keçən iki piyadanı maşın VURDU

Yolu keçən iki piyadanı maşın VURDU

Aktual

15 Oktyabr 2022, 10:48

Oktyabrın 14-də 2 piyada ölümü qeydə alınıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Belə ki, hadisələrdən ilki saat 18 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb. S.İlyasov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Səadət Abbasovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Analoji hal oktyabrın 14-də saat 19 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində baş verib. Rayon sakini H.Qasımov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Zobucuq-2 qəsəbə sakini Asəf Teymurovu vurub və nəticədə piyada hadisə yerində ölüb. 

 

Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı