Modern.az

Qurd dərəsində cinayət

Qurd dərəsində cinayət

Aktual

15 Oktyabr 2022, 11:08

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə  Qurd dərəsi bağlar sahəsində yerləşən kafelərin birində Sumqayıt şəhər sakininin 1090 manat pulunun və mobil telefonunun oğurlanması barədə müraciət daxil olub. 

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini S.Rəhimova saxlanılıb. Araşdırma aparılır. 

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar