Modern.az

Baş nazirin müavini və general hadisə yerində

Baş nazirin müavini və general hadisə yerində

Aktual

15 Oktyabr 2022, 12:33

“Qaradağ rayonu ərazisində su magistralının partlaması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.

 

Modern.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.

 

Füzuli Əsədovun sözlərinə görə, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.

 

“Əraziyə Nazirliyin 10-dan artıq texnikası və 14-ə yaxın nasosu gətirilib. Məqsədimiz ilk növbədə magistral yolun tam açılmasına nail olmaqdır. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub”.

 

Baş nazirin müavini Şahin Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı-Qazax yolunda su borusunda baş verən partlayışa görə şəhər ərazisində, həmçinin Lökbatan qəsəbəsində suyun verilməsində problem yaranmayıb.

Nazir müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı