Modern.az

Zelenskidən Türkiyə ilə bağlı PAYLAŞIM

Zelenskidən Türkiyə ilə bağlı PAYLAŞIM

Aktual

15 Oktyabr 2022, 12:40

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Bartın şəhərində kömür mədənində baş vermiş partlayışla bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, Zelenski başsağlığı mesajını tvitter hesabında Türk dilində yazıb.

 

“Bartının Amasra bölgəsində mədəndə partlayışın baş verməsi xəbərini dərin kədərlə öyrəndim. Həlak olanların qohumlarına və yaxınlarına başsağlığımı çatdırıram, yaralıların isə tezliklə sağalmasını diləyirəm”, - deyə Zelenski vurğulayıb.

 

Xatırladaq ki, dünən Bartında axşam saatlarında baş verən hadisə nəticəsində 28 nəfər həlak olub. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı