Modern.az

Rusiyanın Ukraynadakı itkiləri artır: daha 400 hərbçi öldürülüb

Rusiyanın Ukraynadakı itkiləri artır: daha 400 hərbçi öldürülüb

Aktual

15 Oktyabr 2022, 13:29

Son sutka ərzində Ukrayna qoşunları daha 400 rus işğalçısını məhv edib.


Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 15-dəki hesabatında bildirib.


Qeyd olunur ki, düşmənin fevralın 24-dən oktyabrın 15-dək şəxsi heyət arasında ümumi döyüş itkiləri təqribən 64 min 700 (gündə +400) nəfər olub.

Bundan əlavə, 2 min 524 (+3) ədəd tank, 5 min 179 (+7) zirehli texnika, 1582 (+16) artilleriya sistemi, 365 (+3) reaktiv yaylım atəş sistemi məhv edilib.


186 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 (+2) helikopter, 1210 (+11) əməliyyat-taktiki pilotsuz uçuş aparatı, 316 qanadlı raket, 3 min 951 (+7) avtomobil texnikası və sistern,  142 xüsusi texnika sıradan çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı