Modern.az

8 yaşlı uşaq antibiotikdən ölüb

8 yaşlı uşaq antibiotikdən ölüb

Aktual

15 Oktyabr 2022, 15:20

Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib.

 

Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub. Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

 

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!