Modern.az

İranlı nazir bu dəfə İrəvandan hədələdi: Bu, bizim “qırmızı xətt”imizdir!

İranlı nazir bu dəfə İrəvandan hədələdi: Bu, bizim “qırmızı xətt”imizdir!

Aktual

20 Oktyabr 2022, 22:00

İrəvanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian yenə hədə və təhdidlə danışıb.


Modern.az xəbər verir ki, Abdullohianın sözlərinə görə, regionda tarixi sərhədlərin dəyişdirilməsi İran üçün qəbuledilməzdir:
 

“İran hətta dəyişiklik niyyətinə belə müqavimət göstərmək üçün bütün tədbirləri görəcək”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında iranlı nazir deyib ki, Qafanda İran konsulluğunun açılması iki ölkə arasında əməkdaşlığın inkişafına daha rahat və asan şərait yaradacaq.


“Bizim Cənubi Qafqazda ümumi maraqlarımız, fikirlərimiz və narahatlıqlarımız var. İran tərəfi istər Ermənistan, istərsə də Azərbaycan ərazisində xarici qüvvələrin olmasının qəti əleyhinədir. Region nümayəndələrinin özlərinin fəaliyyəti bizim üçün vacibdir - məsələn, “3+3” platforması çərçivəsində. İran tərəfi regionda tarixi sərhədlərin dəyişdirilməsini qətiyyən qəbul etmir, bu, bizim “qırmızı xətt”imizdir. Və biz belə bir niyyətin qarşısını almaq üçün hər addımı atacağıq”, - deyə İranın xarici işlər naziri vurğulayıb.

Abdullohian “Tehran və İrəvan arasında münasibətlərin düzgün yolda və irəliləməsindən şadıq” deyib və əlavə edib: “Biz Ermənistanın təhlükəsizliyini İran İslam Respublikasının təhlükəsizliyi və regionun təhlükəsizliyi hesab edirik".

O deyib ki, “Azərbaycan və Ermənistan arasında hərbi münaqişələr regionda narahatlıq yaradıb”.

Əmir Abdullohian “Qafqaz regionu həssas bir dövr yaşayır”, -deyə vurğulayıb.

Nazir daha sonra əlavə edib: “Biz hesab edirik ki, Qafqaz regionunda ölkələrin ərazi bütövlüyünə bir prinsip kimi hörmətlə yanaşmağa ciddi diqqət yetirilməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı