Modern.az

Erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni faciələr hazırlayır - Şeyx

Erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni faciələr hazırlayır - Şeyx

Aktual

21 Oktyabr 2022, 09:22

Təəssüflər olsun ki, erməni xalqını revanşizm ideyalarına meylləndirənlər arasında erməni kilsəsi xüsusi canfəşanlıq edir.

 

Modern.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.

 

"Biz Qarabağa həmişəlik qayıtdıq, lakin ermənilər arasında hələ də qisas meyli ilə yaşayanlar, özgə torpağında gözü qalanlar var. Təəssüflər olsun ki, erməni xalqını revanşizm ideyalarına meylləndirənlər arasında erməni kilsəsi xüsusi canfəşanlıq edir. Xalqını, dövlətininin mövcudluğunu belə təhlükəyə ataraq ambisiyalarını, gerçəkləşdirməyə çalışan erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır", - deyə o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı