Modern.az

“Mehdi gərək birinci İrandan başlasın” - Siyavuş Novruzov

“Mehdi gərək birinci İrandan başlasın” - Siyavuş Novruzov

Aktual

21 Oktyabr 2022, 11:34

“30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

"İşğaldan azad olunan ərazilərdə hərbi bazaların deyil, hava limanlarının, yaşayış yerlərinin olması nümunəvi addımdır. İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? Bu artistliyin heç bir yeri yoxdur", - o, əlavə edib.

 

Deputat qeyd edib ki, bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz:

 

“30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın. Ona görə də Türkiyə və Azərbaycan rəhbərliyinin Zəngilanda görüşməsi qardaşlığımızın, tək olmadığımızın növbəti sübutu oldu".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı