Modern.az

Ermənistanda boşanmalar çoxalıb, nikahlar azalıb

Ermənistanda boşanmalar çoxalıb, nikahlar azalıb

Aktual

28 Oktyabr 2022, 09:52

Ermənistanda doğum səviyyəsi azalmaqda davam edir. Bununla yanaşı, ölənlərin sayı da azalır. Bundan əlavə, evliliklər azalıb, boşanmalar isə çoxalıb.

Modern.az saytı “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, 2022-ci ilin ilk səkkiz ayında Ermənistanda 22 964 körpə doğulub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 476 körpə azdır. Ölkədə ölənlərin sayı da azalıb. Belə ki, hesabat dövründə 18554 nəfər vəfat edib ki, bu da ötən illə müqayisədə 2561 nəfər azdır.

Respublika Statistika Komitəsinin məlumatlarına görə, ölkədə ölüm ən çox qan dövranı sistemi xəstəliklərindən baş verir. İkinci yerdə - yenitörəmələr, üçüncü və dördüncü mövqelərdə - tənəffüs sistemi və həzm xəstəlikləri dayanır. İlk beşliyə yoluxucu xəstəliklər də daxildir.


Rəsmi statistikaya görə, hesabat dövründə  ötən illə müqayisədə daha çox boşanma, daha az nikah qeydə alınıb. Belə ki, 2022-ci ilin yanvar-avqust ayları ərzində ölkədə ümumilikdə 10 880 nikah bağlanıb. 2021-ci ildə bu rəqəm 382 nəfər çox olub.


Boşanmalara gəlincə, bu ilin 8 ayı ərzində onların sayı 2981 olub ki, bu da ötən illə müqayisədə 90 fakt çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı