Modern.az

Azərbaycan təzyiqlərə baxmayaraq, beynəlxalq sülh üçün mühüm addımlar atır - İsrail Prezidenti

Azərbaycan təzyiqlərə baxmayaraq, beynəlxalq sülh üçün mühüm addımlar atır - İsrail Prezidenti

Aktual

Bu gün, 13:13

Bu gün AQEM-in Zirvə Toplantısını Azərbaycanda keçirməyimiz çox əlamətdardır. Çünki Azərbaycan çox tolerant ölkədir.

Modern.az xəbər verir ki, bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

İsrail Prezidenti bildirib ki, Azərbaycan Prezidenti ölkənin inkişafına töhfə verən vacib işlər görməkdədir: “Azərbaycan çoxlu təzyiqlər olduğu şəraitdə beynəlxalq sülh üçün vacib addımlar atmaqdadır. AQEM-in yaradılması bir məqsədə söykənərək yaradılıb. AQEM etimad quruculuğu tədbirlərini həyata keçirməkdədir. Qazaxıstan Prezidenti də bu təşəbbüsdə olduqca vacib rol oynayıb".

Sizə yeni x var
Keçid et
Güneylilərdən Türkiyəyə sərt etiraz - Zülmlərimizə niyə susursunuz?