Modern.az

ABŞ İran silahlarının xaricə satışına qarşı hərəkə keçib

ABŞ İran silahlarının xaricə satışına qarşı hərəkə keçib

Aktual

28 Oktyabr 2022, 10:48

ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə İran silahlarının xaricə ixracına qarşı səy göstərmək niyyətindədir.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken kanadalı həmkarı Melani Coli ilə Ottavada görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.


Blinken deyib ki, İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edib və onların yerləşdirilməsinə kömək edib. Onun sözlərinə görə, həm ABŞ, həm də Kanada İranın hərbi təchizatlarına qarşı mübarizəyə davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...