“Azərbaycan iqtisadiyyatında rəqabət mühitinin yaradılması vacib məsələdir. Ona görə də “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunda bu məsələ öz əksini tapmalıdır”.
Modern.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən müzakirəsi zamanı məlumat verib.
“Digər diqqət yetirilməli olan məsələ rayonlardakı iqtisadi problemlərdir. Taxıl, buğdanın istehsalı ilə bağlı ciddi problemlər var. Bunun birinci səbəbi gübrədir. Gübrə Rusiyadan gəlir. Qiyməti də sürətlə artır. Xaçmazda 20 hektar sahədə taxıl əkilməlidir. Hazırda yalnız 9 hektara yaxın ərazidə taxıl əkilib. Subsidiya ilə bağlı da problem var. Ümid edirəm bu məsələyə diqqət yetiriləcək”, - deyə deputat vurğulayıb.