Modern.az

Qasırğa nəticəsində 31 nəfər ölüb

Qasırğa nəticəsində 31 nəfər ölüb

Aktual

28 Oktyabr 2022, 12:32

Filippinin Mindanao adasında "Nalci" qasırğasının yol açdığı daşqın və torpaq sürüşmələri nəticəsində azı 31 nəfər həlak olub.

 

Modern.az-ın məlumatına görə, bölgədə şiddətli yağıntılar ötən gün axşam saatlarından etibarən başlayıb.

 

Mindanao adasının şimalında 40-a yaxın yol və 3 körpüyə ciddi ziyan dəyib.

 

"Nalci" qasırğası ilə əlaqədar 5 minə yaxın sakin təxliyə olunub. Qasırğanın həftəsonu pik həddə çatacağı proqnozlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı