Modern.az

Texnoloji gələcəyi qurmağa davam edirik!

Texnoloji gələcəyi qurmağa davam edirik!

Aktual

28 Oktyabr 2022, 12:47

"Azercell"in dəstəyi ilə İnformatika üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində təkmilləşdirmə dərsləri təşkil olunacaq.

 

Modern.az xəbər verir ki, “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində İnformatika fənni üzrə müəllimlərə olimpiadalara hazırlıq dərsləri təşkil olunacaq. Layihəyə qoşulacaq ümumtəhsil müəssisələrinin müəllimləri olimpiada proqramını mənimsəmək və bu istiqamətdə təkmilləşmək imkanı əldə edəcəklər. Bu təlimlərə tələbat məktəblilərimizin informatika üzrə uğurlarının artması nəticəsində yaranıb.

 

Daxil olan müraciətləri nəzərə alaraq, pilot layihə çərçivəsində 30 müəllimin 6 həftə ərzində dərslərə cəlb olunması nəzərdə tutulub. Son qeydiyyat tarixi 29.10.2022-dir. Seçmə imtahanda uğurlu nəticə göstərən müəllimlər bu proqrama qoşula biləcəklər. Dərslər onlayn formatda keçiriləcək.

 

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır: 

 

 //www.oxuyan.az/exams/informatika-fenni-uzre-olimpiadalara-hazirliq-muellimleri-telimlerine-secme-imtahani-btbdqv

 

 Bütün iştirakçılara uğurlar arzulayırıq!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı