Modern.az

Qriqoryan Klaarla sülh danışıqlarını müzakirə edib

Qriqoryan Klaarla sülh danışıqlarını müzakirə edib

Aktual

28 Oktyabr 2022, 13:40

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Armen Qriqoryan "Facebook" hesabında məlumat paylaşıb.

 

“Görüşdə biz Avropa İttifaqının monitorinq missiyasının səlahiyyətləri çərçivəsində atılan addımları müzakirə etdik. Biz, həmçinin İrəvan və Bakı arasında danışıqlar prosesinə də toxunduq”, - Qriqoryan deyib.

 

Qeyd edək ki, görüş Toivo Klaarın Ermənistana səfəri çərçivəsində baş tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...