Modern.az

Bu məhsullar gömrük rüsumundan azad edilir

Bu məhsullar gömrük rüsumundan azad edilir

Aktual

28 Oktyabr 2022, 13:36

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Gömrük tarifi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

 

Qeyd olunub ki, həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Azərbaycanla bağlı daha bir biabırçı açıqlama