Modern.az

Serbiya millisi Bakıya gələ bilmədi

Serbiya millisi Bakıya gələ bilmədi

Aktual

3 Noyabr 2022, 00:18

Serbiya millisi Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışında iştirak etməyəcək.

 

Modern.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.

 

Turnirdə 5 komanda - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığması iştirak edəcək. Serbiya millisi ilə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.

 

Dünya kuboku yarışı noyabrın 4-6-da Bakı İdman Sarayında təşkil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!