Modern.az

Rusiyadan gətirilmiş 10 min qutu qida məhsulu məhv edildi 

Rusiyadan gətirilmiş 10 min qutu qida məhsulu məhv edildi 

Aktual

Bu gün, 16:38

Rusiyadan Azərbaycana idxal olunmuş bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Modern.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.15552811555282

Whatsapp
Bizə yazın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir