Modern.az

Putinə zəng etdim, bu gün dəhlizi açdılar - Ərdoğan

Putinə zəng etdim, bu gün dəhlizi açdılar - Ərdoğan

Aktual

3 Noyabr 2022, 00:30

Ötən gün Vladimir Putinə zəng etdim və bu gün taxıl dəhlizini açdılar.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya müsahibəsində deyib.

 

Ərdoğan gün ərzində Rusiya və Ukrayna liderləri ilə danışdığını və hər iki tərəfin tələblərinə müsbət yanaşdığını bildirib.

 

Qeyd edək ki, Rusiya Sevastopoldakı terror aktından sonra dayandırılmış “taxıl sazişi”nin icrasını bərpa edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı