Modern.az

Koronavirusa yoluxma halları 17 faiz azalıb - ÜST

Koronavirusa yoluxma halları 17 faiz azalıb - ÜST

Aktual

3 Noyabr 2022, 08:15

Son bir həftə ərzində dünyada 2,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 mindən artıq pasiyent koronavirusdan ölüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Məlumata əsasən, bundan öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 17 faiz, ölüm hallarının sayı isə 5 faiz azalıb.

 

Qeyd edək ki, noyabrın 1-dək koronavirusa yoluxanların sayı 627 573 579 nəfərə, ölənlərin sayı isə 6 570 363 nəfərə yüksəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!