Modern.az

Qazaxıstanda güclü partlayış - Ölən və yaralananlar var

Qazaxıstanda güclü partlayış - Ölən və yaralananlar var

Aktual

3 Noyabr 2022, 08:27

Qazaxıstanın Karağandı vilayətində yerləşən mədəndə 4 şaxtaçı qaz partlayışı nəticəsində həlak olub, daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

“İlkin məlumata görə, noyabrın 3-də, təxminən, səhər saat 3 radələrində Şaxtinsk şəhərində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində qaz-drenaj quyularında qazma işləri aparılarkən qəfil qaz partlayışı baş verib. Hadisə 4 işçinin ölümünə səbəb olub, digər işçinin axtarışları davam edir. Daha 4 işçi xəstəxanaya yerləşdirilib”, - rəsmi açıqlamada deyilir.

 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mədəndə çalışan 106 işçi təxliyə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı